Cənubi Koreyadan Rusiyaya xəbərdarlıq: BMT TŞ-nin qətnamələri var...


Cənubi Koreya Müdafiə Nazirliyi Şimali Koreya lideri Kim Çen Inın Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra iki ölkə arasında baş tuta biləcək mümkün hərbi təlimin yaxından izləndiyini bildirib.


"Yonhap"ın məlumatına görə, Müdafiə Nazirliyinin sözçüsü Jeon Ha-kyou iki ölkə liderlərinin Rusiyanın Amur vilayətindəki Vostoçnı kosmodromunda keçirilən görüşündən sonra Pxenyan və Moskva arasında hərbi əməkdaşlıq imkanları ilə bağlı artan narahatlıqlarla bağlı mətbuata açıqlama verib.

"Belə proqnozlar var idi və biz ehtimalı nəzərə alaraq bunu yaxından izləməyə davam edəcəyik" - deyə Jeon bildirib.

Şimali Koreya ilə Rusiya arasında mümkün silah müqavilələrinə qarşı xəbərdarlıq edən Jeon, belə bir vəziyyətin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) qətnamələrini pozacağını vurğulayıb: "BMT TŞ-nin qətnamələrini pozan hissələr ola bilər və Rusiya bunu artıq bilir. Ümid edirəm Rusiya onlara əməl edəcək və məncə, gözləyək və görməliyik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu