TikTok ABŞ-da onlayn alış-veriş funksiyasını işə salır


Çin sosial media platforması TikTok aylarla davam edən sınaqlardan sonra tətbiqdə onlayn alış-veriş təklif edən "TikTok Shop" funksiyasını ABŞ-da istifadəyə verib.


TikTok-dan verilən açıqlamada 150 milyondan çox istifadəçisi olan ABŞ-da "TikTok Shop" funksiyasının artıq fəaliyyət göstərdiyi bildirilib.

Açıqlamada markalara, satıcılara və məzmun yaradıcılarına birbaşa satış imkanı veriləcəyi, istifadəçilərin canlı yayımlar və video məzmun vasitəsilə alış-veriş edə biləcəkləri qeyd edilib.

Həmçinin bildirilib ki, “TikTok Shop” brendlərə və məzmun yaradıcılarına maraqlarına uyğun olaraq yüksək məşğuliyyətli müştərilərlə əlaqə yaratmaq imkanı yaradır.

2022-ci ilin noyabr ayından ABŞ-da üzərində iş aparıldığı bildirilən "TikTok Shop" Tayland, Vyetnam, Malayziya, Filippin, Sinqapur və Böyük Britaniyada da istifadə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu