ABŞ-da rəis müavininin vurduğu avtomobildə 2 yeniyetmə ölüb


ABŞ-ın Nyu-York ştatının şimalında şərif müavini şübhəli gördüyü avtomobilə atəş açaraq iki yeniyetmənin ölümünə səbəb olub.


Nyu-Yorkun şimalında oğurluq hadisəsini araşdıran Onondaqa dairəsi şerifinin müavini onu vurmaq üzrə olduğunu düşündüyü avtomobilə üç dəfə atəş açıb.

Bildirilib ki, xəbərdarlıq üzərinə bölgəyə köçürülən polis rəisi müavini arxasınca getdiyi iki maşından biri qaçmaq cəhdi ilə geriyə dönüb və o özünü qorumaq üçün atəş açmaq məcburiyyətində qalıb.

Hadisənin şahidlər tərəfindən lentə alındığı bildirilib.

Avtomobilin içərisində olan iki gəncdən birinin hadisə yerində, digərinin isə xəstəxanada öldüyü qeyd edilib.

Gənclərin şəxsiyyəti açıqlanmasa da, avtomobildə olduğu hesab edilən 3-cü şəxsin qaçdığı, digər nəqliyyat vasitəsinin isə itkin düşdüyü bildirilib.

Nyu-Yorkun baş prokuroru Letitia James iki nəfərin ölümü ilə bağlı araşdırmalara başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu