Fransa məhkəməsi dövləti həbsxanada qeyri-insani rəftara görə təqsirli bilib


Fransada məhkəmə Perpignan həbsxanasındakı məhbusların hüquqlarını pozmaqda dövləti günahkar bilib.


Həbsxanalarda doluluq nisbətinin yüksək olduğu Fransanın Monpelye İnzibati Məhkəməsi Fransa həbsxanaları baş nəzarətçisinin illik hesabatına əsaslanaraq verdiyi qərarda dövləti günahkar bilib.

Məhkəmə kişi palatasında doluluğun 280 faizə çatdığı Perpignan həbsxanasında məhbuslarla qeyri-insani və ləyaqəti alçaldan rəftar edildiyini, yaşamaq hüququnun və pis rəftara məruz qalmamaq hüququnun pozulduğuna qərar verib.

Beynəlxalq Həbsxanalar Təcridxanasının (OIP) Fransa bölməsinin vəkili Mathieu Quinquis həbsxanadakı bəzi mühafizəçilərin məhbusları aşağıladığını, bəzən onlara yemək vermədiyini bildirib.

Məhkəmə 300-dən çox məhbusun saxlanıldığı 36 illik həbsxanada vəziyyəti yaxşılaşdırmaq üçün dövləti təcili tədbirlər görməyə çağırıb.

Fransa həbsxanalarının baş nəzarətçisinin mayın 11-də dərc olunmuş illik hesabatında Perpinyan həbsxanasında saxlanma şəraiti barədə xəbərdarlıq edilib.

İyul ayında Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Fransanı həbsxanalarda tutumunu aşmaqla bağlı cəzaya məhkum edib.

Fransada son illərdə həbsxanaların sıxlığı artsa da, Ədliyyə Nazirliyinin açıqladığı son məlumatlar həbsxana sistemindəki doluluq nisbətinin yüzdə 122-yə yüksəldiyini göstərdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu