BBC: "Bağdad həbsxanasında İŞİD-çilərin arvadları aclıq aksiyası keçirir"


Bağdaddakı həbsxanada terrora yardım ittihamı ilə saxlanılan 400-dən çox qadın aclıq aksiyası keçirib.


AFN.az BBC-yə istinadən xəbər verir ki, aclıq aksiyası keçirənlər İslam Dövləti yaraqlılarının arvadlarıdır.

Ümumilikdə Bağdaddakı Rusafa həbsxanasında onlarla rus qadını, həmçinin Türkiyə, Ukrayna, Qırğızıstan, Azərbaycan, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları olmaqla 600-ə yaxın qadın var. Onların övladları da həbsdədir, məhbusların özlərinin hesablamalarına görə, ümumilikdə yüzə yaxındır.

Mənbənin sözlərinə görə, məhbuslar ədalətsiz cəzalardan, dözülməz həyat şəraitindən və mühafizəçilərin onları döyməsindən şikayətlənirlər. O, iddia edib ki, altı il ərzində həbsxanada ən azı 60 qadın və 20 uşaq tibbi yardımın gecikməsi səbəbindən dünyasını dəyişib. Ölən sonuncu uşaq üç yaşında idi.

Qadınlar saxlanma şəraitinin yaxşılaşdırılmasını və cəzalarına yenidən baxılmasını tələb edirlər. Terror təşkilatı ilə şəriklik ittihamı ilə onlar uzun müddətə, ömürlük həbsə məhkum ediliblər. Həmsöhbətin sözlərinə görə, tanıdığı qadınların heç biri bilərəkdən “İslam dövləti”nə qoşulmayıb və hamısı sadəcə olaraq ərlərinin ardınca gedib. "Qadınların çoxu hara getdiklərini belə bilmirdilər" deyib.

İraq rəsmiləri həbsxanada aclıq aksiyası və ölümlərlə bağlı onlara ünvanlanan sualları cavablandırmayıb. Eyni zamanda İraqın Ədliyyə Nazirliyi həbsxanada həqiqətən də dörd dəfə dolu olduğunu etiraf edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu