Çexiyi öz ərazisində Amerika qoşunlarının yerləşdirilməsi ilə bağlı sənədi ratifikasiya edib
Çexiya öz ərazisində Amerika qoşunlarının yerləşdirilməsi haqqında müdafiə müqaviləsini ratifikasiya edib.
"Associated Press" xəbər verir ki, Çexiya ABŞ-la hərbi əməkdaşlığı dərinləşdirən və ABŞ qoşunlarının Çexiya ərazisində yerləşdirilməsini asanlaşdıran müdafiə müqaviləsinin ratifikasiyasını başa çatdırıb.
Çexiyanın Baş naziri Petr Fialanın imzası iyulda parlamentin hər iki palatası, avqustun 1-də isə prezident Petr Pavel tərəfindən təsdiq edilmiş "Müdafiə sahəsində əməkdaşlıq sazişi"nin ratifikasiyası prosesində son addım idi.
Sənəd Ukraynadakı münaqişə zamanı ABŞ hərbçilərinin bu ölkədə mümkün yerləşdirilməsi üçün hüquqi baza yaradır.