İndoneziyada 41 yaşlı qadın rəfiqəsinin 16 yaşlı oğlu ilə evlənib


41 yaşlı indoneziyalı Mariana rəfiqəsi Kevinin 16 yaşlı oğlu ilə evlənib.


"TribunNews" yazır ki, qadın Kevini uşaqlıqdan tanıyıb. Bundan əlavə, Mariana Kevinin 37 yaşlı anası Liza ilə dostdur və onlardan cəmi bir neçə ev aralıda yaşayır.

Anası oğlunu rəfiqəsi ilə evləndirdiyini inkar edib.

Buna baxmayaraq, toydan 4 gün sonra yeni evlənənlər ayrı yaşamağa məcbur olublar.

Sosial xidmətlər bildiriblər ki, yeni evlənən cütlük Kevin 19 yaşı tamam olana qədər ayrı yataq otaqlarında yatmalı olacaq. Məhz bu yaşdan etibarən İndoneziyada valideyn icazəsi ilə nikahlara icazə verilir və valideyn icazəsi olmadan indoneziyalılar 21 yaşından etibarən evlənə bilərlər.

Nəticədə, Liza əvvəllər bu evliliyə razı olmasına baxmayaraq, oğlundan boşanma ərizəsi verməsini istəməyə məcbur edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu