Tacikistan: Rusiya həbsxanalarından 100-ə yaxın tacik məhbus müharibəyə göndərilib


Tacikistanın daxili işlər naziri Ramazan Rəhimzadə 100-ə yaxın tacik məhbusun Rusiya həbsxanalarından Rusiya-Ukrayna müharibəsinə göndərildiyini açıqlayıb.


Rəhimzadə Düşənbədə keçirdiyi mətbuat konfransında Rusiya həbsxanalarından döyüşə göndərilən tacikistanlı əsirlərlə bağlı məlumat paylaşıb.

Rusiyada həbsxanalarda saxlanılan 100-ə yaxın tacikistanlı məhkumun bölgəyə göndərildiyini qeyd edən A.Rəhimzadə məsələ ilə bağlı Rusiya rəsmilərinin məlumat vermədiyini, iki ölkə arasında məlumat mübadiləsi ilə bağlı heç bir razılaşma olmadığını bildirib.

Rəhimzadə Rusiya həbsxanalarından bölgəyə göndərilən tacik məhbuslar haqqında məlumat verən ilk Tacikistan rəsmisi olub.

Tacikistan mediası Rusiya-Ukrayna müharibəsində həyatını itirən 20 tacik məhbusun şəxsiyyət məlumatlarını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu