Azərbaycanəsilli aktyora Türkiyədə yüksək vəzifə verildi


Azərbaycanəsilli aktyor Tamer Karadağlı Türkiyə Dövlət Teatrlarının baş direktoru olub.



AFN.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yeni təyinat “Rəsmi Qəzet”də dərc edilib.

Xatırladaq ki, Azərbaycan əsilli aktyor ailəsi ilə Qarsın Sarıkamış rayonunda yaşayıb. İbtidai məktəb başlamazdan əvvəl ailəsi ilə birlikdə ABŞ-da məskunlaşan Karadağlı daha sonra Türkiyəyə qayıdıb və yenidən ABŞ-a gedib.

Bilkent Universitetinin musiqi və ifaçılıq sənətləri fakültəsində təhsil alan aktyor ilk dəfə 1993-cü ildə filmə çəkilib.

Uzun illər rol aldığı "Çocuklar duymasın" isə Karadağlını məşhurluğun zirvəsinə çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu