Məşhur müğənni qəzaya düşdü - Fotolar


Türkiyənin tanınmış müğənnisi Tan Taşçı qəzaya düşüb.



AFN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada baş verən yol qəzasında müğənni Tan Taşçı və onunla birlikdə olan 2 nəfər, meneceri Ecmal Kayahan və Mehmet Emre xəsarət alıb.

Qəzanı görənlərin xəbəri ilə bölgəyə polis, təcili yardım və xilasetmə qrupları cəlb edilib. Yaralılar təcili yardımla xəstəxanaya aparılıblar.

Məlumata görə, onların həyati təhlükəsi yoxdur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu