Fransada əlillər evində baş verən yanğında 11 nəfər ölüb


Fransanın Elzas bölgəsində əlillərin və onların yoldaşlarının qaldığı yay iqamətgahında baş verən yanğından sonrAa 11 nəfərin cəsədi tapılıb.


Fransanın Haut-Rhin Qubernatorluğundan verilən açıqlamaya görə, Kolmar şəhərində əlillərin qaldığı Vintzenheim şəhərciyindəki yay iqamətgahında yanğın səhər saatlarında baş verib.

Qısa müddətdən sonra hadisə yerinə gələn yanğınsöndürənlər 17 nəfəri təxliyə edərək alovu nəzarət altına alıblar.

Qubernatorun müavini Nathalie Kielwasser iqamətgahda sıxışan 11 nəfərin cəsədinin tapıldığını açıqlayıb.

Alovdan zərər çəkən 1 nəfər rayondakı xəstəxananın təcili yardım xidmətinə aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu