Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 21-ə çatıb
Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb.
“AFN.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Qeyd edilib ki, hazırda 10-dan çox adamın axtarışı davam edir.
Onların arasında azyaşlıların da olduğu bildirilib.
Qeyd edək ki, avqustun 3-də baş vermiş təbii fəlakət nəticəsində körpülər dağılıb, Şovinin girişindəki yola ziyan dəyib. Xilasedicilər 210 nəfəri təxliyə ediblər.
Bizim Telegram kanalımıza abunə olun