Niger dövlət çevrilişi elan etdi
Nigeriya ordusu prezident Məhəmməd Bazumu devirdiyini iddia edib.
AFN.az xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
"Nigeriyalı hərbçilər milli televiziyada çıxış edərək, prezident Bazumun vəzifədən uzaqlaşdırıldığını, sərhədlərin bağlandığını bildiriblər", - məlumatda deyilir.
Onlar həmçinin ümummilli komendant saatı və bütün qurumların fəaliyyətinin dayandırıldığını elan ediblər.
Bundan əvvəl prezident qvardiyasının hərbçiləri ölkənin paytaxtı Niameydə prezident sarayının qarşısını kəsiblər. Bazumun ofisi ordunun hərbçilərin dövlət əleyhinə olan qiyamını dəstəkləmədiyini və onlara “ultimatum” verdiyini bildirib.
"Jeune Afrique" portalının məlumatına görə, üsyanın iddia edilən səbəbi Bazumun prezident qvardiyasının komandiri, general Ömər Çianini işdən çıxarmaq niyyəti olub. Portal hərbi mühafizəçilər ilə ordunun qalan hissəsi arasında qarşıdurmanın qarşısını almaq üçün aparılan danışıqlardan xəbər verib. Əl Ərəbiyyə telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, prezident üsyançıların istefa məktubunu imzalamaq tələbini rədd edib.
"Agence France-Presse" daha sonra Benin prezidenti Patris Talonun Nigerə danışıqlar aparan şəxs kimi getdiyini bildirib.