Çin NATO-nun siyasətini tənqid edib

Çinin Rusiya ilə münasibətləri NATO ölkələrindən əsaslı şəkildə fərqlənən hərbi-siyasi ittifaq modelini üstələyib.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vanq Venbin Şimali Atlantika Alyansının siyasətini tənqid edib və Moskva ilə Pekin əməkdaşlığını misal çəkib. O vurğulayıb ki, Çin-Rusiya münasibətləri bloklara qoşulmamaq, qarşıdurmaya girməmək və üçüncü tərəfləri hədəf almamaq prinsiplərinə əsaslanır.
"İki ölkə arasındakı münasibətlər soyuq müharibə dövründəki hərbi-siyasi ittifaq modelini üstələyib. Bu, qapalı dairələr yaradan və blokla qarşıdurma aparan NATO ölkələrindən əsaslı şəkildə fərqlənir", - diplomat bildirib.