Stoltenberqin NATO-nun baş katibi kimi səlahiyyətləri daha bir il uzadılıb


NATO-nun hazırkı baş katibi Yens Stoltenberq 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacaq.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, baş katibin səlahiyyətlərinin uzadılması barədə məlumat Şimali Atlantika Alyansının rəsmi bəyanatında əksini tapıb.

Bu məlumatı Stoltenberqin özü də rəsmi Tvitter hesabında təsdiqləyib. "NATO müttəfiqlərinin baş katib səlahiyyətlərimin 2024-cü il oktyabrın 1-dək uzadılması qərarından çox qürur duyuram. Avropa və Şimali Amerika arasındakı transatlantik əlaqələr 75 ilə yaxındır ki, bizim azadlığımızı və təhlükəsizliyimizi təmin edir və daha təhlükəli dünyada bizim ittifaqımız həmişəkindən daha vacibdir" - deyə baş katib qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu