Lavrov Finlandiya ilə münasibətlərdən danışdı


Rusiya Finlandiya ilə münasibətlərində NATO faktorunu nəzərə alacaq.


Bu barədə iyunun 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

“Biz həmişə dinc yaşamaqda maraqlı olmuşuq. Finlandiyanın müstəqillik əldə etməsi üçün biz çox işlər görmüşük. Ruslar həmişə xeyirxahlığı ilə xatırlanırlar, amma bizim bəzi tərəfdaşlarımız bunu həmişə xatırlamır. Əgər Finlandiya normal münasibətlərə qayıtmağın zəruri olduğuna qərar verərsə, biz Helsinkinin edə biləcəyi təklifi nəzərdən keçirməyə hazır olacağıq”, - o, onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olması və alyansın hərbi infrastrukturunun mümkün yerləşdirilməsi səbəbindən münasibətlərin əvvəlki səviyyəsinə tam qayıdış olmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu