Amerika kəşfiyyatı Priqojinin üsyan planının təfərrüatlarını əldə edib


Amerika kəşfiyyatı "Vaqner" PMC-nin rəhbəri Yevgeni Priqojinin üsyan planının bir çox təfərrüatlarını bilirdi.


AFN.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Kanalın həmsöhbətləri qeyd edirlər ki, ABŞ mövcud məlumatları nə NATO müttəfiqləri, nə də Ukrayna ilə bölüşməyib. Telekanalın həmsöhbətlərinin sözlərinə görə, yeganə istisna Böyük Britaniya olub. "Hətta Birləşmiş Ştatların özündə belə, dövlət sirlərinə çıxışı olan yalnız səkkiz konqres üzvü bu məlumatlardan xəbərdar idi", - materialda deyilir.

Bununla belə, telekanalın qeyd etdiyi kimi, Amerika kəşfiyyatı üsyanın başladığı tarixi bilmirdi. CNN mənbələri hesab edir ki, Priqojin Rusiya Müdafiə Nazirliyinin iyunun 10-da bütün "Vagner" PMC döyüşçülərinin ordu müqavilələri imzalamalı olacağını elan etdikdən sonra planını həyata keçirmək qərarına gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu