Estoniya parlamenti də eynicinslilərin nikahını qanuniləşdirib


Estoniyada da eynicinslilərin nikahı qanuniləşdirilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ölkə parlamenti çərşənbə axşamı cinsindən asılı olmayaraq iki yetkin şəxs arasında nikahın mümkünlüyünü nəzərdə tutan qanunu qəbul edib. Bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Qəbul edilmiş qanuna görə, indi cinsindən asılı olmayaraq iki yetkin şəxs nikaha girə bilər. Parlamentin 55 üzvü bu qərarın lehinə, 34-ü əleyhinə səs verib. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Yeni qanunla Estoniyada eynicinsli cütlüklər də uşaqları övladlığa götürə bilərlər. Qanun bir uşağın ikidən çox valideyninin ola bilməməsi prinsipini müəyyən edir. Parlamentin mövqzu ilə bağlı şərhində qeyd edilir ki, uşağa münasibətdə hüquq və vəzifələrin ilk növbədə onun bioloji valideynlərinə aid olması prinsipi olaraq qalır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu