Mask Twitter-i çox baha aldığını etiraf etdi


"Tesla2nın rəhbəri, "Space X"-in qurucusu Elon Mask Twitter sosial şəbəkəsini şişirdilmiş qiymətə aldığını etiraf edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, şirkətə dəyərindən artıq pul ödəməsini istiqaməti dəyişmək istəyi izah edib.

Sahibkar sosial şəbəkənin arzuolunan nəticə vermədiyindən və sivilizasiyaya pis təsirindən, cəmiyyəti korroziyaya uğratmasından narahat olduğunu bildirib. "Və sivilizasiyanı sarsıdan heç nə yaxşı deyil" - deyə Mask qeyd edib.

Mask sosial şəbəkənin alınmasından sonra onun əhəmiyyətli dərəcədə təmizləndiyini vurğulayıb. Komanda şəbəkə daxilində baş verən botların, fırıldaqçıların və müxtəlif mənfi şeylərin 90 faizindən xilas ola bilib. Milyarderi şoka salan məqam Twitter-də uşaqların istismarı ilə bağlı 95 faiz aradan qaldırılan çoxlu sayda materialın olması olub.

Sahibkar Twitter-in alınmasını 27 oktyabr 2022-ci ildə başa çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu