NATO-ya üzvlüklə bağlı Türkiyə-İsveç məsləhətləşmələri davam edəcək


İsveçin NATO-ya daxil olması ilə bağlı adıçəkilən ölkə və Türkiyə arasında məsləhətləşmələr davam edəcək.


“Report” xəbər verir ki, bu barədə “TV-100” telekanalı Ankarada İsveçin NATO-ya qoşulma şərtlərini yerinə yetirməkdə irəliləyişini qiymətləndirmək üçün dördtərəfli mexanizmin iclasının yekunları əsasında məlumat yayıb.

İclasda Türkiyə, NATO, İsveç, Finlandiya nümayəndələri iştirak ediblər. Türkiyə nümayəndə heyətinə Prezidentin baş müşaviri Akif Çağatay Kılıç başçılıq edib, nümayəndə heyətinin tərkibində həmçinin xarici işlər, milli müdafiə, ədliyyə nazirlərinin müavinləri və kəşfiyyat idarəsinin rəis müavini də olub. Danışıqlarda NATO-nu alyansın baş katibinin kabinetinin rəhbəri Stian Yenssen, İsveç və Finlandiya isə dövlət katibləri - Yan Knutsson və Yukka Salovaara təmsil ediblər.

Görüşdən sonra rəsmi açıqlama verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu