Türkiyə Kosovodakı NATO qüvvələrinə komandanlıq edə bilər


Türkiyənin payızda rotasiya çərçivəsində NATO Kosovo Qüvvələrinə (KFOR) komandanlığı alacağı gözlənilir.


AFN.az "Bloomberg"ə istinadən bildirir ki, bu barədə Türkiyə rəsmiləri məlumat veriblər. Oktyabrda NATO qüvvələrinin rəhbərliyi İtaliyadan alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya malik Türkiyəyə keçəcək. Təhvil-təslim Kosovonun şimalında baş verən son zorakılıqdan çox əvvəl planlaşdırılıb.

Hələlik Türkiyənin namizədliyi rəsmən təsdiqlənməsə də, Türkiyə Müdafiə Nazirliyi Kosovoya xüsusi təyinatlılar batalyonunun göndərilməsini başa çatdırdığını bildirib.

Mayın 26-da Kosovo polisinin xüsusi təyinatlı qüvvələrinin Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində inzibati binaları zəbt etməsindən sonra Kosovonun şimalındakı və Metoxiyadakı Serb bələdiyyələrində vəziyyət gərginləşib. Serb əhalisinin boykot etdiyi seçkilərdə qalib gələn bələdiyyə başçılarının andiçmə mərasimini təhlükəsizlik qüvvələri təmin etməyə çalışıb. Mayın 29-da NATO Kosovo Qüvvələri yerli əhalinin etiraz aksiyaları keçirdikləri hökumət binalarını mühasirəyə alıb və bu, toqquşmalara çevrilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu