2060-cı ilə qədər okeanda hər şeydən çox plastik olacaq

Tullantılarla mübarizə üçün əlavə tədbirlər görülməsə, 2060-cı ilə qədər okeandakı plastik kütləsi bütün balinaların kütləsindən çox olacaq.
AFN.az xəbər verir ki, bu barədə İsveçrənin Credit Suisse bankının Davamlılıq Mərkəzinin BMT-nin müvafiq komitəsinin sessiyası üçün hazırladığı hesabatda deyilir. Bu vaxta qədər hər il atılan plastikin ümumi miqdarı iki dəfə artacaq - 350 milyon tondan 670 milyon tona qədər.
Yalnız son 60 ildə dünya plastikdən 5000% daha çox istifadə etməyə başlayıb.