Kralın oğlu evləndi - Ölkədə milli bayram elan edildi (FOTOLAR)


İordaniya kralı Abdullahın oğlu vəliəhd Hüseyn dünən paytaxt Əmmanda Səudiyyə Ərəbistanından olan memar şahzadə Racva ilə ailə həyatı qurub.

AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki,Kral toyuna dünyanın hər yerindən kral ailələrinin üzvləri qatılıb.

İordaniyanın vəliəhd şahzadəsi Hüseyn və səudiyyəli memar Racva Alseifin toyunda iştirak edən məşhur kral ailəsi üzvləri arasında Uels şahzadəsi Uilyam və həyat yoldaşı şahzadə Keyt də olub.

Zəhran sarayında baş tutan toyda 1700-dən çox qonaq iştirak edib və dünən bu hadisə səbəbiylə İordaniyada milli bayram elan edilib.




















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu