İordaniyanın vəliəhd şahzadəsinin toyu: 400 pilotsuz təyyarə ilə şou - VİDEO


İordaniya şahzadəsi Hüseyn bin Abdullanın toyu üçün 400 pilotsuz təyyarə göz qamaşdıran şou göstərib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, mərasim İordaniyanın 77-ci Müstəqillik Günündə düzənlənib.

Dünən gecə Əl Abdali rayonunda baş tutan şənlikdə Müstəqillik Günü və şahzadənin toyunu qeyd etmək üçün 400 pilotsuz təyyarə səmada gözqamaşdırıcı şou göstərib. Səmanı estetik və vizual şəkildə ecazkar sevinc rəngləri ilə rəngləmək üçün bu gün saat 22:00-da dronlar 15 dəqiqə çıxış edəcək.

Şahzadə Hüseyn və onun Səudiyyə Ərəbistanından olan nişanlısı Racva Al Seif iyunda nikah masasına əyləşəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu