Sinan Oğan: "Məsləhətləşdik, qərar verdik"


Sinan Oğan prezident seçkilərinin ikinci turunda prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək qərarı ilə bağlı açıqlama verib.


AFN.az Türkiyə mediasına istinadən xəbər veri ki, Oğan “Seçkidən əvvəl Meral Akşener xanıma, Məhərrəm İncəyə və bizə edilənlər qərarımıza böyük təsir göstərib. Demokratiya onlar üçündür yalnız sözdən ibarətdir" ifadələrini işlədib.

Antalyada bir oteldə təşkil edilən proqramda çıxış edən Sinan Oğan mayın 14-dən əvvəl Antalya proqramını ləğv etdiklərini və bu gün prezident Rəcəb Tayyib Ərdoğana səs istəmək üçün gəlməyi planlaşdırdıqları şəhərə gəldiyini bildirib.

Ərdoğanı dəstəkləməyə qərar verməzdən əvvəl Millət Alyansının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə də görüşdüyünü xatırladan Oğan Kılıçdaroğlundan "Türkiyənin keçirdiyi həssas prosesi və ətrafımızda baş verənləri görürsünüz. Hazırkı sistemdə prezidentlik və parlamentdə səs çoxluğuna malik olmağın nə qədər önəmli olduğunu siz də bilirsiniz. Əgər sabah bizim dəstəyimizlə seçilsəniz, parlament çoxluğunu qazanmayan prezident kimi ölkəni necə idarə edəcəksiniz?" soruşduğunu söyləyib.

Bu suala cavab ala bilmədiyini qeyd edən Oğan sözlərini belə davam etdirib:

"Əslində 21 il iqtidarda olmaq yorucu və sıxıcı olar. Bu, həm də müxalifətə böyük imkan yaradır. 21 il hakimiyyətdə olan birinin olması əslində müxalifət üçün böyük üstünlükdür. Siz bir-biri ilə çox fərqli melodiyalar çalan adamları bir yerə topladınız. Səsvermənin nəticəsindən asılı olmayaraq, özününzdən nazirlər təyin etdinizvə deputat yerləri payladınız. Günün sonunda isə parlamentdə çoxluğu ala bilmədiniz. Xalq sizə güvənmədiyi üçün parlamentdə sizə üstünlük vermədi. Sən bura millətin parlamentinin etimadını ala bilməyən biri kimi gəldin, mənə dəstək ol dedin. Millətə güvənini qazana bilmədiniz, biz sizə necə dəstək olaq?”.

“QƏRARIMDA İNCE, AKŞENER VƏ BİZƏ QARŞI EDİLƏNLƏRİN TƏSİRİ VAR”

Oğan, "İlk dəfə burada izah edirəm. Seçkidən əvvəl xanım Meral Akşenerə, Məhərrəm İncəyə və bizə edilənlər və bu gün də eynən bizə edilənlər qərarımıza böyük təsir etdi. Demokratiya onlar üçün sadəcə sözdən ibarətdir. Onlar özləri üçün fərqli bir linç mədəniyyəti inkişaf etdiriblər. FETÖ taktikası ilə seçkidən çəkil deyirlər. Utanmasalar Erdoğana sən da çəkil, biz ancaq seçkini elə qazanacağıq deyərlər. Bu linç mədəniyyətinə qarşı durmalı olduğumu bilirdim. Sosial mediada inkişaf etdirdikləri linç mədəniyyəti ilə insanların şərəf və ləyaqətini ləkələyən bir qrupla yan-yana olmaq mənim üçün söz mövzusu deyildi”.

Seçkilər üçün qətiyyətlə mübarizə apardıqlarını bildirən Sinan Oğan, "Dostlarımızla məsləhətləşdik və gördük ki, Xalq Birliyinin namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək ən doğru qərardır. Bizimlə bərabər türk millətçiləri və Atatürkçülər də dəstəkləməlidir. Qarabağ yerinə Qəndilə dəstək olamalıydıq? Türkiyənin Qarabağda mübarizəsinə “Türkiyə oraya cihadçı göndərir” deyənlərə dəstək olardıqmı? Ahıskalı qardaşlarımızın yerinə HDP-lilərin olduğu yerdə olardıq? Özləri üçün fərqli dünyalar qurmağa çalışanların yanında olarıqmı?,-deyə suallar ünvanlayıb.

Kılıçdaroğlu ilə görüşlərində onlara bəzi təkliflər də verdiyini vurğulayan Oğan deyib:

Həm HDP-nin dəstəyini alacağıq, həm də PKK-ya qarşı effektiv mübarizə aparacağıq vədləri heç bir-birinə uyğun gəlmir. Bu qərarı verməyimizin əsas səbəblərindən biri də bu idi. Biz hər cür terror təşkilatlarına qarşı sabit mübarizə prinsipimizi nümayiş etdirmişik. Cənab Prezidentimiz bu barədə danışanda dedi ki, biz onsuz da hər cür terror təşkilatına qarşı mübarizə aparırıq, siz bizə qoşulduqdan sonra da təsirli və sabit mübarizəni davam etdirəcəyik. Sina Oğan Konstitusiyanın ilk 4 maddəsi üçün 'Təbii ki, Qırmızı xəttimizdir' deyib:

"Maddə 66. Bunu deyəndə Ərdoğan təəccübləndi və “Necə? Bizim bununla bağlı problemimiz yoxdur”. deyib. “Cənab prezident, sizdə yoxdur, amma Əli Babacanın bununla bağlı problemi var. Dedim ki, qoy bunu bütün dünyan görsün. Millət Alyansında Babacanın 66-cı maddə ilə problemi var. Türklük tərifini Konstitusiyadan çıxaranlarla necə yan-yana dayanacaqdıq? Məsələ təkcə HDP-nin olmasında deyil, HDP düşüncəsində başqaları var”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu