7 il əvvəl ölmüş elan edilmişdi, indi məhkəməyə çıxarılır


2016-cı ildə məhkəmə tərəfindən ölmüş elan edilən şəxs yenidən hakim qarşısına çıxarılacaq.


“Qafqazinfo” xəbər verir ki, İŞİD terror təşkilatının silahlı münaqişələrində iştirak edən azərbaycanlı Şahin Salayev barəsində ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi (dini məzhəbləri yaymaq zəminində Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etmə) ilə ittiham olunan Salayevin işi hakim Fərid Namazovun icraatında araşdırılacaq.

Qeyd edək ki, Şahin Salayev bu il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici dövlət ərazisində tutularaq Azərbaycana gətirilib. Onun Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olub.
Ətraflı

Araşdırmalar zamanı məlum olub ki, Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu