Gürcüstan Rusiyaya qarşı sanksiyalardan narahatdır
Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq olunarsa, Gürcüstan iqtisadi cəhətdən zərər görəcək.
AFN.az xəbər verir ki, bu haqda Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski bildirib. "Bizi sanksiyalar rejiminə keçməyə məcbur edirlər, baxmayaraq ki, Gürcüstan iqtisadi baxımdan zərər görəcək, hərbi baxımdan da zərər çəkməsi təhlükəsi var", - deyə Volski qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın ziyan vurmaq üçün çoxlu resursları var. Volski əlavə edib ki, indi Gürcüstan yalnız özünə zərər verəcək rejimə keçməyə məcburdur.