Onun ömrünü ən azı 5 il uzatmaq istəyirsinizsə, bunları mütləq edin!
Normal şəraitdə paltaryuyan maşının təmizlənməsi son dərəcə tələbkar ola bilər. Xüsusilə ərp bağlayan maşınlarda təmizlik mübarizəyə çevrilsə də, hər evdə olan təbii üsullardan istifadə etsəniz, təmizlik hər zamankından daha asan olacaq.
Çamaşırlarımızın daha təmiz və effektiv təmizlənməsi üçün paltaryuyan maşınlarımız da təmiz olmalıdır. Paltaryuyan maşınlarımız kifayət qədər təmiz deyilsə, qısa müddətdə kalsifikasiya başlayır. Bu problemin qarşısını almaq üçün texnikanı mütəmadi olaraq təmizləməliyik.
Paltaryuyan maşınları təmizləyərkən diqqət edilməli olan ən mühüm məqam təmizliyin güclü kimyəvi maddələrlə deyil, evlərdə tapılan təbii üsullarla aparılmasıdır. Həmin üsullarla aşağıdakı materialda tanış ola bilərsiniz:
Sirkə və su
Sirkənin turşuluğu onu bütün təmizlik sahələrində faydalı edir. Yüksək turşu dəyəri ilə evlərimizdə qarşılaşdığımız hər ləkə və kirləri sirkə ilə təmizləmək mümkün olur. Paltaryuyanı sirkə və su ilə təmizləmək üçün maşının içərisinə 1 stəkan su və 1 stəkan alma sirkəsi tökün və maşını bu şəkildə qısa proqramla işlədin.
Limon
Paltaryuyan maşını limonla təmizləmək üçün etməli olduğunuz ilk şey limonu yarıya bölüb açıq hissələrini paltaryuyan maşının içərisinə, qapağına, hətta yuyucu vasitə bölməsinə qədər sürtməkdir. Bu prosesdə qalan limon qalıqları üçün narahat olmayın. Xüsusilə, qapağın silikon hissəsini çoxlu limonla silin. Nəhayət, qalan limon suyunu yuyucu vasitənin qabına tökün və üzərinə yuyucu toz əlavə edib işlədin.
Soda və sirkə
Paltaryuyan maşının hər bir hissəsini, o cümlədən boruları asanlıqla təmizləmək üçün ikisi güclü təmizləyici material olan sirkə və soda qarışığından istifadə edə bilərsiniz. Bir qaba 2 xörək qaşığı soda və 1 stəkan sirkə əlavə etdikdən sonra bu qarışığı maşının yuyucu toz kamerasına tökün. Maşını qısa bir proqramda isti su ilə yumaq kifayətdir.
Limon və duz
Paltaryuyan maşınların təmizlənməsində istifadə edilə biləcək digər təsirli üsul limon və duzu qarışdırmaqdır. Bu iki güclü məhsul bir araya gəldikdə limon və duzun faydaları öz-özlüyündə sərhəd tanımır. Maşını bu qarışımla təmizləmək üçün əvvəlcə 1 limonun suyunu 1 xörək qaşığı duz ilə qarışdırın. Sonra qarışığı deterjan çəninə və maşının içərisinə böldükdən sonra onu qısa bir proqramda işə salın.
Qabyuyan maşın tableti
Qabyuyan maşın tableti paltaryuyan maşın yuyucu vasitəsi kimi güclü təsirə malikdir. Tərkibindəki yaxalayıcı və təmizləyicilər sayəsində paltaryuyan maşınlarda, xüsusən də borularda olan əhənglərin təmizlənməsinə kömək edəcək. Paltaryuyan maşını qabyuyan tabletlə boş yumağa cəhd edə bilərsiniz.