Avropa Komissiyasının rəhbəri Kiyevdə səfərdədir
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Kiyevdə səfərdədir.
Bu barədə xanım Lyayen özünün tviter səhifəsində məlumat verib.
“Əziz tutduğumuz dəyərlərin hər gün qorunduğu Kiyevə qayıtdığım üçün şadam. Bu, Avropa Gününü qeyd etmək üçün çox münasib yerdir. Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 Mayı burada, Ukraynada da Avropa Günü kimi qeyd etmək qərarını alqışlayıram”, - o yazıb.