Özbəkistan prezidenti növbədənkənar seçkilərin keçiriləcəyini elan etdi


Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.


AFN.az xəbər verir ki, bu gün Özbəkistan prezidenti Şavkat Mirziyayev növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında fərman imzalayıb.

O, qərarını parlament palatalarının, siyasi partiyaların, eləcə də məhkəmə və icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşündə açıqlayıb.

Qeyd edək ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirilib. Digər məsələlərlə yanaşı, dövlət başçısının səlahiyyət müddətinin beş ildən yeddi ilədək uzadılmasını nəzərdə tutan dəyişiklikləri səs verənlərin 90,2 faizi dəstəkləyib. İkinci müddətə seçilən Mirziyoyev yenidən prezidentliyə namizəd ola bilər.

2016-cı ilin dekabrında İslam Kərimovun ölümündən sonra keçirilən növbədənkənar seçkilərdə Şavkat Mirziyayev Özbəkistanın prezidenti seçilib. 2021-ci ilin oktyabrında Mirziyayev 80,12% səs toplayaraq yenidən prezident seçkilərində qalib gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu