ÇSKA-nın basketbolçusu Şvedə olan hücumun VİDEOSU yayıldı


ÇSKA-nın basketbolçusu Aleksey Şvedə qarşı olan hücum müşahidə kameralarına düşüb.


Bu barədə AFN.az “İzvestiya” nəşrinə istinadən xəbər verir.

Videodan da görünür ki, bir qrup şəxs park edilmiş avtomobilin yanında idmançıya hücum edib. Şvedə vurulan bir neçə zərbədən sonra basketbolçu asfaltın üstünə yıxılıb. İdmançı xəstəxanaya yerləşdirilib. Həkimlər zərərçəkənə ağır kəllə-beyin travması diaqnozu qoyublar.

Hücum edənlər hadisə yerindən qaçıblar.

Qeyd edək ki, hadisə mayın 1-də axşam saatlarında Moskvada restoranların birinin yaxınlığında baş verib.

Aleksey Şved ona olan hücumla bağlı polisə ifadə verib.

Xatırladaq ki, Aleksey Şved Rusiya milli komandasının tərkibində 2012 Olimpiya Oyunlarında və 2011 Avropa Çempionatında bürünc medal qazanıb. O, Rusiyanın əməkdar idman ustasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu