Millimizin sabiq futbolçusu Moskvada döyüldü


Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və "Qəbələ" klubunun sabiq üzvü Alen Askerov xoşagəlməz hadisə ilə üzləşib.

"Report" REN TV-yə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Rusiyanın paytaxtı Moskvada döyülüb.

Hadisədən sonra xəstəxanaya yerləşdirilən futbolçuya kəllə-beyin travması qoyulub.

Polisə ifadə verməkdən imtina edən Askerov hücuma "Rijskaya" metro stansiyası yaxınlığında məruz qaldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu