Naməlum Çin dirijablı peyk görüntülərinə düşüb


Çində yerləşən naməlum böyük dirijabl peyk görüntülərinə düşüb.


AFN.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Obyektin fotolarını Amerikanın “BlackSky” peyk şirkəti paylaşıb. Fotoda Çinin şimal-qərbindəki səhrada, demək olar ki, bir kilometr uzunluğunda uçuş-enmə zolağının ortasında yerləşən, təxminən 30 metr uzunluğunda nəhəng dirijabl görünür. Mütəxəssislərin fikrincə, şəkillər Çinin “casus şarının” ABŞ ərazisi üzərində vurulmasından üç ay əvvəl çəkilib.

Oklahoma Aerokosmik İnstitutunun icraçı direktoru Ceymi Ceykobsun sözlərinə görə, ABŞ-da əvvəllər belə təyyarələr müşahidə olunmayıb. "Bu, Çin üçün bu istiqamətdə tədqiqatların maliyyələşdirilməsinin daha da inkişafı və dəstəklənməsi baxımından həqiqətən növbəti addımdır" - deyə mütəxəssis rəyində bildirilir. Ceykobs kəşf edilmiş dirijablın uzun müddət havada hərəkət etməsinə imkan verən xüsusi naviqasiya avadanlığına malik olduğunu güman edir.

Mediaya danışan kspertlər bildiriblər ki, yeni görüntülər Çinin hər üç aeronavtika növündən - dirijabllardan, isti hava şarlarından və sərbəst üzən hava balonlarından istifadə etdiyini göstərir.

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi kəşfin ABŞ üçün hansı təhlükə yaratdığı sualına cavab verməkdən imtina edib. Bununla belə, o, Pentaqonun belə maşınların hərəkətinə nəzarət etdiyini təsdiqləyib. ABŞ Milli Təhlükəsizlik Şurasının və Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələri şərh verməkdən imtina ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu