Polşa Prokurorluğu Rusiya səfirliyinin və ticarət nümayəndəliyinin hesablarını müsadirə edib


Polşa prokurorluğu Rusiyanın səfirlik və ticarət nümayəndəliyinin hesablarından pul müsadirə edib.


AFN.az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə diplomatik missiyanın rəhbəri Sergey Andreyev məlumat verib. "Biz prokurorluqdan bildiriş aldıq ki, səfirliyin və Santander bankındakı ticarət nümayəndəliyinin hesablarından pullar prokurorluğun hesablarına köçürülüb" - deyə o qeyd edib.

Bundan sonra "Santander Bank" səfirliklə əməkdaşlığı dayandırdığını və hesabları bağladığını açıqlayıb. Diplomat aydınlaşdırıb ki, söhbət həm ABŞ dolları, həm də Polşa zlotisi ilə hesablarda olan əhəmiyyətli miqdarda vəsaitdən gedir. O, baş verənlərin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu