"ASAN xidmət" sistemi dünyada Azərbaycan brendi kimi tanınır - Prezident


"ASAN xidmət" sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır.


AFN.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Salyanda AzTV-yə verdiyi müsahibədə deyib. O, bildirib ki, "ASAN xidmət" sistemi nəinki ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, burada göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. "Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik" - deyə dövlət başçısı vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu