Komando bölmələri praktiki atış çalışmalarını icra edib
2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrində atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.
Bu barədə AFN.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Atıcı silahlardan, eləcə də döyüş maşınlarının ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Çalışmalarda əsas diqqət hərbi qulluqçuların silahlardan istifadə bacarıqlarının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Komandolar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.