Netanyahu ehtiyatda olan hərbçilərin səfərbər edilməsini əmr edib


İsrailin baş naziri Binyamin Netanyahu ehtiyatda olan hərbçilərin səfərbər edilməsi barədə göstəriş verib.


AFN.az bu barədə "France24"-ə istinadən xəbər verir. Bildirilir ki, səfərbərlik qərarı İordan çayının qərb sahilində və Təl-Əvivdə baş verən hücumlarda 3 nəfərin ölümündən sonra verilib. İsrail hökumətinin başçısı polisə sərhəd polisinin bütün ehtiyat hissələrini səfərbər etməyi tapşırıb.
Baş nazirin ofisinin yaydığı məlumatda qeyd edilir ki, əlavə ordu qüvvələrinin səfərbər edilməsi barədə də göstəriş var.

Binyamin Netanyahu ölkə vətəndaşlarını təhlükəsizlik xidmətlərinin göstərişlərinə uymağa, onların dediklərinə əməl etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu