Azərbaycan yaşayış xərclərinin daha çox artımına görə "liderdir"


Dünya Bankının Avropa və Mərkəzi Asiya üçün açıqladığı son iqtisadi hesabatı zəif iqtisadi artım şəraitində yüksək inflyasiya şəraitində yaşayış xərclərinin artımına həsr edilib.


AFN.az xəbər verir ki, sənəddə Azərbaycanla bağlı bəzi rəqəmlər də əksini tapıb. Hesabat müəllifləri "Yaşayış xərcləri İndeksi" əsasında region ölkələrinin müqayisəsini apararaq müəyyənlışdiriblər ki, hansı ölkədə yaşayış xərcləri daha çox artıb.

Hesabata görə, 2022-ci ilin dekabrında Azərbaycanda illik inflyasiya 14.4% təşkil etdiyi halda ölkə üzrə yaşayış xərclərinin orta artımı 15,4% təşkil edib. Ən yoxsul əhali qrupları üzrə yaşayış 15,9%, ən zəngin qruplar üzrə 14.1% bahalanıb. Gürcüstan və Ermənistan üzrə orta göstərici daha aşağı - 11.1% və 8.8% təşkil edib. Hesabat müəlliflərinə görə, inflyasiya əsasında hesablanan yoxsulluq göstərici ilə müqayisədə yaşayış xərcləri indeksi əsasında hesablanan göstərici arasında fərq olur. Bu fərqə görə Azərbaycan (1.7% fərqlə) ilk sırada yerləşir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu