Estoniya internetdə Rusiya telekanallarına girişi bloklayıb

Estoniya internetdə Rusiya telekanallarına baxmaq üçün istifadə oluna bilən portallara girişi bloklayıb.
AFN.az xəbər verir ki, bu barədə "Delfi.ee" xəbər portalı məlumat yayıb. "İstehlakçıların Hüquqlarının Müdafiəsi və Texniki Nəzarət Departamenti sanksiyaya məruz qalmış Rusiya telekanallarına baxmaq üçün istifadə oluna biləcək 53 domenin bloklanması barədə internet xidmət provayderlərinə məlumat verib", - deyə məlumatda bildirilir.
Tənzimləyicidən bildirilib ki, Estoniyanın informasiya məkanını qorumaq üçün sanksiyaların tətbiqi çərçivəsində Baltikyanı respublika məzmununda guya düşmənçilik təbliğatı olan 195 sayt və 51 telekanala girişi məhdudlaşdırıb.