Avtomobil idxalı ilə bağlı hansı addımlar atılmalıdır? - ŞƏRH


Xəbər verdiyimiz kimi, avtomobil idxalı ilə bağlı yeni qaydalar qəbul edilib. Qərarla istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılıb.


Nazirlər Kabinetinin 94 №-li qərarında göstərilir ki, qərarın əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Qeyd edək ki, hazırda ölkə ərazisində istismar olunan avtomobillərin 2 faizini 2 ilə qədər olan minik avtomobilləri təşkil edir. 2 ildən 5 ilə qədər olan minik avtomobilləri 3, 5 ildən 10 ilə qədər olan minik avtomobilləri isə 11,9 faizdir. Rəqəmlərdən də göründüyü kimi, istismar müddəti 10 ili keçmiş avtomobillərin payı 80 faizdən çoxdur.

Rəqəmlər verilən qərarın təqdir edilməsini tələb edərkən, vətəndaşlar bu qərardan narazılıq edirlər. Gömrük rüsumlarının həddəna artıq çox olması səbəbindən yeni avtomobillərin idxalının çətinliyi önə çəkilir. AFN.az xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev məsələni şərh edib. O, bildirib ki,
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür. Ekspertin sözlərinə görə, əgər istismar müddəti 10 ili ötmüş avtomobillərin ölkəyə qadağan olunması ətraf mühitlə əlaqələndirilirsə, paralel olaraq 3 addım atılmasına ehtiyac var: "Birincici, hazırda yalnız istismar müddəti 3 ili ötməyən elektromobillər bütün gömrük vergi və rüsumlarından azaddır. Halbuki beynəlxalq təcrübədə 5 ilə qədər avtomobillər "köhnə" hesab edilmir və buna görə də 3 illik güzəşt dövrü 5 illə əvəzlənməlidir. İkincisi, istismar müddəti 3 ilədək olan hibrid avtomobillər 18%-lik ƏDV-dən azad edilsə də, 15%-lik idxal rüsumundan və mühərrik ölçüsünə görə aksiz vergisindən azad edilməyib. Ən azından yaxın 3 il üçün istismar müddəti 5 ilədək olan hibrid avtomobillər də tamamən gömrük vergi və rüsumlarından azad edilməlidir. Üçüncüsü, istismar müddəti 5 ili ötməyən benzinlə işləyən kiçik mühərrikli (1600 kub/sm-dək) olan avtomobillər də yaxın 3 ildə bütün gömrük vergi və rüsumlarından azad edilə bilər. Bu addımlar həm avtomobil parkının yenilənməsi, həm də "yaşıl enerji" keçidinin dəstəklənməsi baxımından vacib addımlardır".
R.Ağayev qeyd edib ki, bir çox hökumətlər elektromobil idxalının keçici dövr üçün subsidiyalaşdırılmasını da həyata keçirirlər: "Bu, bizdə də nəzərdən keçirilə bilər. Məsələn, belə bir hədəf qoyula bilər ki, 5 ildə ölkəyə ən azı 100 min elektromobil gətirilməsi dəstələnəcək və bu say üçün subsidiya dəstəyi veriləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu