Tehran xülya ilə məşğuldur - ŞƏRH

AFN.az xəbər evrir ki, Hüseyn Əmir Abdullahian bunu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında gündəmə gətirib. “Biz "3 + 3" mexanizmi vasitəsilə, eləcə də mövcud mexanizmlər vasitəsilə güc tətbiq etmədən regionda məsələləri həll etməliyik. Hesab edirik ki, sülh və sabitliyə doğru hərəkət etmək lazımdır", - deyə o, vurğulayıb.
Xatırladaq ki, bu formatı İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Cumhurbaşaqanı Rəcəb Tayyib Ərdoğan təklif edib. Həmin vaxt Azərbaycan prezidenti İlham Əliyev və bu təklifi dəstəkləyib. Müharibədən sonrakı müddətdə İranın Azərbaycana qarşı təxribatlarının artan xətt üzrə davam etməsi "3+3" platformasının gündəmdən düşməsinə səbəb olub.
"İran Azərbaycanla münasibətləri gərginləşdirməkdə davam edirsə, ikitərəfli dialoq sıfra enibsə, bu iki dövlətin ortaq platformada iştirakının da sıfra enməsi deməkdir" - deyə məsələni şərh edən politoloq Elxan Şhinoğlu bildirib. Onun sözlərinə görə, Tehran regional əməkdaşlıqdan danışsa da, "3+3" platformasını dəfn etmək üzrədir: "İranlı nazir deyir ki, bölgənin məsələləri "3+3" platforması çərçivəsində həll etməlidir. Biz Ermənistanla və özümüzə aid Qarabağ məsələlərini niyə İranla birgə həll etməliyik? Tehran xülya ilə məşğuldur".