Türkiyə də daxil 5 fərqli ölkədə görünməmiş hadisələr olacaq


Son vaxtlar təbiət hadisələrinin tez-tez dəyişməsi müşahidə edilir. Qardaş Türkiyədə nadir görülən hadisələr bir-birinin ardınca yaşanmağa başlayıb. Elm adamları Türkiyənin də daxil olduğu coğrafiyadan narahat olan yeni bir araşdırma yayımlayıblar.


AFN.az xəbər verir ki, Almaniyada yerləşən Maks Plank İnstitutunun "Review of Geophysics" elmi jurnalında dərc olunan araşdırması Türkiyə üçün gözlənilən təhlükəni bir daha ortaya qoyub. Araşdırmaya görə, Şərqi Aralıq dənizi və Yaxın Şərq yaxın gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq. Bölgə "iqlim dəyişikliyinin mərkəzi" kimixarakterizə edilərək, temperatur artımı sürətinin qlobal orta göstəricidən təxminən iki dəfə yüksək olduğunu vurğulanır.

Tədqiqatda Türkiyənin də daxil olduğu bölgə ölkələrinin qarşıdakı illərdə isti dalğaları, quraqlıq, toz fırtınaları və həddindən artıq yağıntı kimi böhranlar yaşayacağına diqqət çəkilib. Bu əsrin sonuna qədər bölgədə havanın temperaturunun 5 dərəcə artacağı, xüsusilə yay aylarında misli görünməmiş yandırıcı istilərin olacağı təxmin edilir.

Araşdırma müəlliflərinin fikrincə, lazımi tədbirlər dərhal alınmazsa, Şərqi Aralıq dənizi və Yaxın Şərq çox ciddi bir iqlim böhranının təsiri altında qalacaq. Araşdırmalara görə, yağıntının miqdarının azalması ilə bölgə çox ciddi su və qida böhranı yaşayacaq, bütün iqtisadi sektorlar böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan çox dağıdıcı təsirlərlə üzləşəcək. Sahil əraziləri və bir çox yerlərdə kənd təsərrüfatı torpaqları su səviyyəsinin qalxması ilə yox olma həddinə çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu