Ağdamda iki nəfər minaya düşərək həlak olub


Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində yerli sakinlər mina partlayışı nəticəsində həyatlarını itiriblər.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AFN.az-a bildirilib ki, 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu