"Paxmel"dən qurtulmağın ən yaxşı yolu açıqlandı
Keçirdiyimiz bir maraqlı məclisdən sonrakı gün çoxlarımız "paxmel"dən əziyyət çəkirik. Yeyib-içib şənlənib yatırıq və səhər oyandıqda baş ağrısından, əzginlikdən özümüzə yer tapammırıq.
Rusiyalı narkoloq Aleksey Lunkov bu cür haldan qurtulmağın ən yaxşı yolunu açıqlayıb. Onun sözlərinə görə, duzlu su və imalə "paxmel"ə qarşı ən yaxşı vasitədir. Lakin "paxmel" üçün uyğun bir vasitə, insanın nə qədər içki içməsinə görə seçilməlidir.
"Bir dəfə içmisinizsə və səhər özünüzü çox yaxşı hiss etmirsinizsə, vəzifəniz su və elektrolit balansını doldurmaq və bədəni lazımi vitamin və minerallarla təmin etməkdir. Duzlu su bu işdə kömək edəcək, lakin sirkə deyil. Bu, sadəcə olaraq, "paxmel"in mümkün qədər rahat keçməsi üçün lazımdır.
Bundan başqa, quru aclıq, bağırsaqların müəyyən içkilərlə yuyulması da bu vəziyyətdən çıxmaq üçün uyğun vasitədir.