İsveç və FinlandiyaTürkiyə qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyib


İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı Türkiyə qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyib.


AFN.az-ın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Sabah Brüsseldə İsveç, Finlandiya və Türkiyə nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək. “Brüsseldə NATO-nun Madriddə keçirilən sonuncu sammiti çərçivəsində Helsinki və Stokholm tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılacaq. Vəziyyət alyans nümayəndələrinin bəyanatlarından fərqlidir. Öhdəliklər əsasən yerinə yetirilmir”, - deyə agentliyin açıqlamasında bildirilir. "Türkiyə hakimiyyəti İsveç və Finlandiyadan konkret addımlar gözləyir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu