Ermənistanda qızılca sürətlə artır
"Onların 40 nəfəri peyvənd olunmayıb, üç nəfərə isə peyvəndin yalnız bir dozası verilib" - AFN.az-ın xəbərinə görə, Ermənistan Səhiyyə Nazirliyinin məlumatında belə deyilir.
Xəstələrdən 17 nəfəri xəstəxanaya yerləşdirilib, 11 nəfər evə buraxılıb. Xəstələrin vəziyyəti orta ağır, iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı peyvənd 1 yaş və 4-6 yaşlı uşaqlar arasında aparılır.
Səhiyyə Nazirliyi peyvənd olunmamış uşaqların valideynlərini peyvənd üçün klinikalara müraciət etməyə çağırıb. Qızılca xəstələri ilə təmasda olan və bu viruslu xəstəliyə qarşı iki doza peyvənd almamış şəxslərin də peyvənd olunduğu xəbər verilir.
M.Vahidli