Biləsuvarda 68 yaşlı kişi intihar edib
![](/uploads/posts/2023-03/1678107293_intihar.jpg)
Biləsuvar rayon sakini intihar edib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1955-ci il təvəllüdlü Ə.Əsədov özünü asaraq öldürüb.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.