Rusiya 17 cəsədi Ukraynaya qaytarıb


Rusiya 17 cəsədi Ukraynaya qaytarıb.


Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyinin rəsmi "Telegram" kanalında məlumat verilib. Məlumatda qeyd edilir ki, Reinteqrasiya Nazirliyi yanında İtkin düşmüş şəxslər üzrə Müvəkkil İdarənin köməyi ilə hüquq-mühafizə orqanları ilə birgə Ukraynanın həlak olmuş 17 müdafiəçisinin cəsədi bu gün vətənə gətirilib.
Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən cəsədlərin verilməsi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilib.
“Ümumiyyətlə, Rusiya Federasiyasına genişmiqyaslı işğalın başlanğıcından bəri Müvəkkil İdarə Ukraynanın müdafiəsində iştirak etmiş 1426 döyüşçünün cəsədini layiqli dəfn olunmaq üçün qohumlarına qaytarmağa nail olub”, - məlumatda belə deyilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu