Ukrayna daha 84 ölü əsgərinin cəsədini qaytarıb
Ukrayna 84 hərbçisinin meyitini qaytarıb.
Bu barədə "RBC-Ukrayna" Ukraynanın rəsmi qurumlarına istinadən xəbər verir.
"Bu gün müvəqqəti olaraq işğal olunmuş ərazilərdən həlak olan ukraynalı hərbçilərin cəsədlərinin repatriasiyası baş tutub. Bu yolla daha 84 müdafiəçinin cəsədi çıxarılıb" - deyə məlumatda qeyd edilir.
Bildirilir ki, işğal olunmuş ərazilərdən meyitlərin repatriasiyası itkin düşmüş şəxslərlə bağlı səlahiyyətli Reinteqrasiya Nazirliyinin yardımı ilə Ukrayna Təhlükəsizlik Xidməti yanında Birləşmiş Mərkəz, Silahlı Qüvvələrin Mülki-Hərbi Əməkdaşlıq Təşkilatı ilə birgə həyata keçirilib.
Müdafiəçilərin cəsədləri şəxsiyyəti müəyyən edildikdən sonra dəfn olunmaq üçün yaxınlarına təhvil veriləcək.