Qanunsuz ov edən əcnəbi vətəndaş saxlanılıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaş saxlanılıb.
Araşdırma zamanı qanunsuz ov edən şəxsin Küveyt vətəndaşı Khaled Hsssd Alrasheedi olduğu müəyyən edilib.
Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.